Fransa Kubokunu bir dekabra qədər dayandırdılar
Fransa Kubokunu bir dekabra qədər dayandırdılar

Koronavirus pandemiyasına görə, Fransa Kubokunun oyunları bir dekabra qədər dayandırılıb. Bu barədə məlumatı Fransa Futbol Federasiyasının mətbuat xidməti yayır.

Bir dekabra qədər keçiriləsi matçın hamısı, müəyyən olunmayan vaxta qədər təxirə salındı. Dəqiq tarix koronavirus vəziyyətindən irəli gələrək müəyyənləşdiriləcək.

Bununla yanaşı, cədvələ müvafiq olaraq qadınlar və kişilər arasında Fransa Çempionatı davam etdiriləcək. Bu milli yığma matçlarına da aiddir.

Xatırladaq ki, pandemiyyaya görə, Liqa 1-in ötən ilin mövsümü başa çatmadı.