Fransa emiqrasiya qaydalarını sərtləşdirir
Fransa emiqrasiya qaydalarını sərtləşdirir

Fransa Emiqrasiya qaydalarını sərtləşdirir. Bu haqda məlumatı “Royter” agentliyi yayır.

Fransanın baş naziri Eduard Filip tərəfindən bəyan edilən plana əsasən, Fransa iqtidarı bir neçə şəhərdə miqrantların çadırlarını qaldırmağı planlayır. Bununla yanaşı, ölkəyə qeyri-leqal şəkildə gedən fəhlələrin kvota məsələsində də dəyişikliklər olacaq.

Yeni qaydalara əsasən, Fransaya yeni gedən qaçqınlar, təcili tibbi yardımdan başqa, digər səhiyyə xidmətlərindən istifadə edə bilməyəcəklər.

“Frans-pres” agentliyinin məlumatına görə, polis Parisdə, Port-De-la-Şapelada yerləşən miqrantları qurduqları çadırlardan çıxardıb.