Fransa baş naziri - koronavirusun ikinci dalğası tədiqində ümumxalq deyil, məqsədyönlü karantin olacaq
Fransa baş naziri - koronavirusun ikinci dalğası tədiqində ümumxalq deyil, məqsədyönlü karantin olacaq

Fransanın yeni təyin edilmiş baş naziri, Jin Kasteks bəyan edir ki, ölkə koronavirusun pandemiyasının mümkün ikinci dalğası üçün hazırlaşır, lakin lazım gəldisə, karantin tam miqyaslı deyil, məqsədyönlü olacaq. Məlumatı “Reuters” yayır.

“İkinci dalğa üçün hazır olmalıyıq, lakin martda olduğu kimi, ümumxalq karantin olmayacaq, çünki bunun dəhşətli iqtisadi nəticəsi var idi. Lazım gəldisə, yeni karantin məqsədyönlü olacaq”, – Jin Kasteks bəyan etdi.

Virusun yayılmasından bu günə qədər Fransada koronavirusun 206 072 halı aşkar edilib, 29 336 insan vəfat edib.