Frank Valter Ştainmayer - Gərgin seçki mübarizəsindən sonra gürcü xalqı demokratik seçimini etdi
Frank Valter Ştainmayer - Gərgin seçki mübarizəsindən sonra gürcü xalqı demokratik seçimini etdi

Almaniya Federal Respublikasının prezidenti Frank Valter Ştainmayer Salome Zurabişviliyi Gürcüstan prezidenti vəfizəsinə seçilməsi ilə təbrik etdi.

“Gərgin seçki mübarizəsindən sonra gürcü xalqı demokratik seçimini etdi. Sizi bu məsuliyyətli vəzifəyə seçilməyiniz münasibəti ilə təbrik edirəm.

Almaniya və Gürcüstan tarixi olaraq, dostluq münasibətləri ilə bir-birlərinə bağlıdır. Biz Gürcüstan mədəniyyətinə valeh olmuşuq.

Əminəm ki, sizin prezidentlik dövrünüzdə Gürcüstan layiqli və hüquq dövlətçiliyi yolunda inkişaf etməyə davam edəcək” – deyilir Valter Ştainmayerin təbrik məktubunda.