Fövqəladə vəziyyət komendant saatının tətbiq edilməsini  nəzərdə tutmur
Fövqəladə vəziyyət komendant saatının tətbiq edilməsini nəzərdə tutmur
Gürcüstanda fövqəladə vəziyyət rejiminin elan olunması komendant saatının tətbiq edilməsini nəzərdə tutmur. Bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı keçirilən brifinqdə Gürcüstanın Birinci Kanalının sualına cavab olaraq bildirib.
“Hərəkət azadlığına gəlincə isə, hamınız bilirsiniz ki, hazırda hərəkət azadlığı qismən məhdudlaşdırılıb. Sizin nəzərdə tutduğunuz hazırkı mərhələdə,sözü gedən sərəncamla nə komendant saatının tətbiq edilməsi nəzərdə tutulur , nə də ağır karantin tələblərinin qoyulması.
Xüsusilə vurğulamaq istərdim ki, vətəndaşların bir araya gəlməsinə məhdudiyyət qoymaqla,biz bir daha onları ailə üzvlərinin, ilk növbədə cəmiyyətimizin yaşlı üzvlərinin sağlamlığına qayğı göstərmək üçün evdə qalmağa çağırırıq.
Əlbətdə ki, ehtiyyac yaranarsa, biz onu qarşılaya bilərik və nəqliyyat vasitələrindən başlayaraq, daha sərt karantin tədbirlərini də həyata keçirə bilərik “- deyə Qiorqi Qaxaria bildirib.
Yeni tip koronavirus səbəbi ilə yaranmış vəziyyətdən irəli gələrək, Gürcüstanda aprelin 21-nə qədər fövqəladə vəziyyət elan edilib. Bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria bildirib.
Müəllif – Sevinc Mustafayeva