Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xəbərdarlığı - bir həftə ərzində temperaturun kəskin artacağı gözlənilir, meşə və çöl yanğınlarının riski artır
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xəbərdarlığı - bir həftə ərzində temperaturun kəskin artacağı gözlənilir, meşə və çöl yanğınlarının riski artır

 

Nəzərinizə çatdırmaq istərdik ki, bir həftə ərzində bütün Gürcüstan miqyasında temperaturun kəskin artması gözlənilir, bu səbəbdən də meşə və çöl yanğınlarının riski artır. Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin bəyanatında bu barədə deyilir.

” Fövqəladə Halların İdarəedilməsi Xidməti olaraq sizlərə müraciət edirik, yüksək vətəndaşlıq məsuliyyəti göstərin, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamayın və yanğın ocaqlarını nəzarətsiz qoymayın.

Məişət tullantılarının öz-özünə alovlana biləcəyini unutmayın, buna görə də ətraf mühiti çirkləndirməyin.

Tüstü və ya yanğın qeydə alsanız dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə ,112-yə xəbər verin ”, – deyə qurumdan bildirilib.