Fövqəladə Hallar İdarəsi Xidməti fevralın 14-dən yanğın təhlükəsizliyi baxımından tikililərin yoxlanılmasına başlayır
Fövqəladə Hallar İdarəsi Xidməti fevralın 14-dən yanğın təhlükəsizliyi baxımından tikililərin yoxlanılmasına başlayır

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti fevralın 14-dən, Gürcüstan miqyası ilə, yanğın təhlükəsizliyi baxımından tikililərin yoxlanılmasına başlayır.

Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, “İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişikliklərdən sonra, yoxlama bütün növ tikili-binaya aid olacaq və sanksiyalar artacaq.

İdarənin yaydığı məlumata görə, qayda və qanunlar barəsində texniki reqlamentin pozulması və ya yerinə yetirilməməsi 500-dən 10 000 lariyə qədər cəriməni nəzərdə tutur.