"Forsaj 9" filminin çəkilişinə görə, Azadlıq Meydanından keçmiş "Poçt" binasına qədər hərəkət qadağan olunacaq
"Forsaj 9" filminin çəkilişinə görə, Azadlıq Meydanından keçmiş "Poçt" binasına qədər hərəkət qadağan olunacaq

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisinin bəyanatına görə, sentyabrın biri də daxil olmaqla, “Fast and Furious 9” filminin epizodlarından birinin çəkilişlərinə görə, Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Hərəkət Azadlıq Meydanından keçmiş “Poçt” binasına qədər qadağan olunacaq.

DİN-də bəyan edirlər ki, Avlabaridən gələn nəqliyyat Azadlıq Meydanı və Orbeliani Meydanından Tabukaşvili istiqamətinə hərəkət edə biləcək.

“Rustaveli” metrosundan hərəkət keçmiş “Poçt” binasına qədər Respublika Meydanı istiqamətinə mümkündür. Rustaveli prospektinə daxil olan və çıxan küçələrin hamısı bağlanacaq.

Zemo Veraya hərəkət edən avtonəqliyyat Qriboyedov və Barnov küçələrindən istifadə edəcək.

İctimai nəqliyyatın marşrutu da dəyişəcək. Rustaveli prospektindən Barataşvili küçəsinə tərəf gedən avtobuslar N6, N14, N31, N33, N37, N42, N46, N52, N58, N87, N88, N124 və N150, həmçinin mikroavtobuslar N2, N19, N31, N41, N64, N72, N120, N133, 137, N141, N145 və N170 Rustaveli prospektindən Mixeil Cavaxişvili küçəsinə dönəcəklər və Kür çayının sağ sahili ilə Barataşvili küçəsinə çıxacaqlar.

Şərh yaz