"Ford" markalı 300 mikroavtobus Gürcüstana mərhələ şəklində gətiriləcək
"Ford" markalı 300 mikroavtobus Gürcüstana mərhələ şəklində gətiriləcək

Tbilisinin meri Kaxa Kaladzenin bəyanatına görə, mikroavtobusların alınması ilə bağlı iyulun 15-də elan edilən tender başa çatdı.

Sentyabrın 18-də, tenderdə qalib olan şirkətlə müqavilə imzalandı və 300 mikroavtobus Gürcüstana mərhələ şəklində gətiriləcək.

“Tbilisidə,  3 000-ə qədər mikroavtobus hərəkət edirdi, ancaq həyata keçirdiyimiz islahat nəticəsində, avtobusların və mikroabtobusların sayı 1 200-ə qədər azalacaq, çünki nəqliyyat vasitələrinin modernizasiyası həyata keçirilir və paytaxta 12, 10, 8 metrlik avtobuslar daxil olunur.

İctimai nəqliyyat vasitələri elə komplektləşdiriləcək ki, ictimai nəqliyyat ilə yolçuluq komfortlu olsun.

Cümə axşamı, saat 10:00-da, konret televiziya tərəfindən yayılan yalan və iyrənc xəbərlərə cavab veriləcək” – dedi paytaxtın meri Kaxa Kaladze.