"Forbes"-in göstəricilərinə görə, dünyanın ən zəngin insanı Bernar Arnoadır
"Forbes"-in göstəricilərinə görə, dünyanın ən zəngin insanı Bernar Arnoadır

“Forbes”-in göstəricilərinə görə, dünyanın ən zəngin insanı “LVMH” şirkətinin sahibi, Bernar Arnoadır. “Forbes”-in məlumatına görə, Arnoaların ailəsi 2020-ci il 18 yanvar durumu ilə, 116.5 milyard ABŞ dollarının sahibidir.

“Forbes”-in reytinqində ikinci yerdə “Amazon” şirkətinin təsisçisi, Jeff Bezosdur. Onun əmlakı 115.6 milyard ABŞ dollarını təşkil edir.

Üçüncü yerdə 110.6 milyard ABŞ dolları ilə “Microsoft”-un təsisçisi Bill Qeyts, beşinci yerdə isə, 82.2 milyard ABŞ dolları ilə “Facebook”-un təsisçisi, Mark Tsukerberqdir.

Qeyd olunasıdır ki, 2020-ci ildə dünyanın 2 200 milyardçısı var.

Reytinqdə yeganə gürcü – 447-ci yerdə Bidzina İvanişvilidir. Onun əmlakı 4.9 milyard ABŞ dollarını təşkil edir.