Fırtınaya görə, Qara Dənizə girmək qadağandır
Fırtınaya görə, Qara Dənizə girmək qadağandır

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti Qara Dəniz sahilində fırtına barəsində əhaliyə xəbərdarlıq verir və dənizə girməmələrinə çağırır.

İdarənin bəyanatında deyildiyinə görə, sahildə dörd ballıq fırtına qeydə alınır.

“Acarada yağan güclü yağışlara görə, xilasedicilər bütün gecə ərzində fövqəladə rejimdə işlədilər. Cəmi 45 zəng qeydə alındı. Çağırışların əksəriyyəti birinci mərtəbəyə suyun dolmasına aid idi.

Batumidə bir neçə küçəni su basdı. Qeyd olunan ünvanlar barəsindən Batumi Meriyasının müvafiq xidmətləri artıq məlumatlandırıldılar.

Əlverişsiz havalara görə, hazırda Qara Dəniz sahilində 3-4 ballıq fırtına qeydə alınır.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti əhaliyə müraciət edir ki, xilasedicilərin göstərişlərinə riayət etsinlər və təhlükəsizlik normalarını qorusunlar”, – bəyanatda deyilir.