Finlandiyaya səfər edən Gürcüstan vətəndaşları məcburi karantindən keçməli olmayacaqlar
Finlandiyaya səfər edən Gürcüstan vətəndaşları məcburi karantindən keçməli olmayacaqlar

Finlandiya hökuməti karantinsiz ölkəyə daxil olma hüququ olan ölkələrin siyahısını yeniləşdirdi. Qeyd olunan 25 ölkə arasında Gürcüstan da var. Məlumatı Finlandiya “Yle” İctimai Yayımçısı yayır.

Finlandiyaya məhdudiyyətlərsiz Avropa İttifaqının və şengen ölkələrinin qarşıdakı vətəndaşları daxil ola bilərlər: İrlandiya, İslandiya, İtaliya, Malta, Yunanıstan, Kipr, Latviya, Litva, Estoniya, Lixtenşteyn, Norveç, Almaniya, San-Marino, Slovakiya, Danimarka, Macarıstan və Vatikan.

Avropa İttifaqı hüdüdlarından kənarda daha 8 ölkə üçün sərhədlər açıqdır: Gürcüstan, Cənubi Koreya, Yaponiya, Ruanda, Tayland, Tunis, Uruqvay və Yeni Zelandiya.