Financial Times - Gürcüstan və ABŞ arasında azad ticarət haqqında razılaşmanın qoyulması zamanı gəldi
Financial Times - Gürcüstan və ABŞ arasında azad ticarət haqqında razılaşmanın qoyulması zamanı gəldi

“Gürcüstan və ABŞ arasında azad ticarət haqqında razılaşmanın qoyulması zamanı gəldi”, — belə başlıqla məqaləyi Financial Times nəşriyyatı yayır.

Məqalənin müəllifi – Mərkəzi Florida Universitetinin nüfuzlu professoru, ABŞ Konqresinin sabiq üzvü və Dünya Ticarət Təşkilatının apellyasiya şurasının sabiq rəhbəri Ceyms Baxusdur.

Öz məqaləsində, Ceyms Baxus ABŞ-ı önəmli bölqədə – Qara Dəniz və Fars körfəzi arasında yerləşən ölkələrə yardım etməyə çağırır.

“ABŞ-ın Suriyədən əsgərlərinin çıxardılması kimi mənasız bir qərardan sonra, ABŞ-ın Yaxın Şərqdə dəstəklədiyi ölkələrin yanında dura biləcəyi barədə şübhələr yarandıqdan sonra, çox önəmli bir bölqədə, Qara Dəniz və Fars körfəzi arasında yerləşən ölkələrə dəstək vermək ABŞ üçün mütləqdir.

Belə ölkələrdən biri də Gürcüstandır. Bu ölkəyi dəstəkləmənin və regionda müsbət təsir yaratmağın yollarından biri ABŞ və Gürcüstan arasında azad ticarət ilə bağlı razılaşmanın qoyulmasıdır” -yazır Ceyms Baxus.

“Gürcüstan Qərb və Şərq arasındaki yol kəsiyindədir və müstəqilliyini əldə etdikdən sonra, hər zaman ABŞ və Avropaya doğru can atırdı” – deyilir məqalədə.

Bununla yanaşı, Baxus hesab edir ki, Gürcüstanla azad ticarət razılaşması Amerikan biznesinə də xeyr verə bilər.

Müəllifin dediyinə görə, təhlükələrin hər gün artdığı bir dünyada, Gürcüstanın ABŞ-a olan etibarını qorumaq üçün Vaşinqton Azad Ticarət razılaşmasını dərhal qoymalıdır.

“Bunu etmək üçün bir çox səbəb var. Gürcülər hələ də Əfqanistanda xidmət edirlər və digər partnyorlarla müqayisədə daha çox qurban veriblər. Bizimlə yan-yana döyüşən bir millətə, heç olmasa bizimlə azad ticarət etmək imkanını verməliyik.

Həmçinin, Gürcüstan, qeyd olunan razılaşmanın qoyulması üçün Trampın göstərdiyi şərtlərə də uyğundur. 2018-ci ildə nümayəndələr palatası Gürcüstanda bu razılaşmanın qoyulmasını dəstəklədi və ABŞ iqtidarını danışıqların başlamasına çağırdı. Ancaq qanun hər iki tərəf, Nümayəndələr Palatası və prezident tərəfindən imzalanmalıdır” – deyir Ceyms Baxus Financial Times-in məqaləsində.