Filipp Riker - Gürcüstanın işğal olunmuş ərazisində rus hərbçilərinin yerləşməsi ABŞ-da böyük narahatlıq yaradır
Filipp Riker - Gürcüstanın işğal olunmuş ərazisində rus hərbçilərinin yerləşməsi ABŞ-da böyük narahatlıq yaradır

Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini yerinə yetirən Filipp Riker diplomatik korpusunun bir neçə nümayəndəsi və təhlükəsizlik ekspertləri ilə birlikdə Odzisi kəndinə getdi.

Qeyd olunan ərazidən bir neçə kilometrdə, Gürcüstanın işğal olunmuş ərazisində Rusiya bazası yerləşir. Amerkalı diplomat qeyd etdi ki, Gürcüstanın işğal olunmuş ərazisində rus hərbçilərinin yerləşməsi ABŞ-da böyük narahatlıq yaradır

Filipp Rikerin səfəri çərçivəsində Gürcüstan hökuməti nümayəndələri ilə, o cümlədən yeni baş nazir Giorgi Qaxariya ilə görüş planlaşdırılıb. O, açıqladı ki, Gürcüstana gəlməsini və yeni baş nazir ilə görüşü ABŞ dövlət katibi, Mayk Pompeo həvalə etdi.

Riker hesab edir ki, beynəlxalq nümayəndə heyətinin qeyd olunan əraziyə səfəri çox əhəmiyyətlidir.