Filarmoniyanın yanında bir neçə nəfər həbs edildi [Foto/Video]

Tbilisidə, Filarmoniyanın yanında, “Gürcü marşı” tərəfindən təşkil edilən etiraz aksiyasında bir neçə nəfər həbs edildi.

Birinci Kanalın hadisə yerində olan jurnalistinin verdiyi məlumata görə, onlar polisə müqavimət göstərirdilər.

“Gürcü marşının” nümayəndələri Rustaveli prospektində saat 19:00-dan yığıldılar.

“Məqsədimiz Zaza Saralidzeyə dəstək verməkdir, ancaq “Milli Hərəkat” partiyasının nümayəndələri burada olmasınlar” – dedi “Gürcü marşı”-nın nümayəndələrindən biri.