Fevralın birindən hansı məhdudiyyətlər qaldırılır
Fevralın birindən hansı məhdudiyyətlər qaldırılır

İdarələrarası Koordinasiya Şurası bugünki iclasda qüvvədə olan məhdudiyyətlərin mərhələ şəklində qaldırılması planını təsdiqlədi.

İclas baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə keçirildi.

Verilən qərarlar epidemioloji vəziyyətin analizinə əsaslanır və nail olunan stabilizasiyadan sonra, infeksiya hallarının artmamasını nəzərdə tutur.

Epidemioloji vəziyyət nəzərə alınaraq, məhdudiyyətlər mərhələ şəklində yüngülləşdiriləcək:

• Fevralın 1-dən:

1. Batumi, Zuqdidi, Qori, Poti və Telavidə bərpa olunacaq:

• Munisipal nəqliyyatın,
• Məktəblərin,
• Mağazaların və ticarət mərkəzlərinin fəaliyyəti;

2. Tbilisidə, Kutaisidə və Rustavidə
• Fevralın 1-dən mağazalar və ticarət mərkəzləri fəaliyyətlərini bərpa edəcəklər;
• Məktəblərin və munisipal nəqliyyatın işinin bərpası, epidemioloji vəziyyət nəzərə alınaraq, martın 1-dən planlaşdırılır;

3. Bütün şəhərlərdə açıq və qapalı bazarlar fevralın 15-dən açılacaq

  1. Acarıstanda infeksiyaya yoluxmanın yeddi günlük göstəricilərinin 4%-dən az olduğuna görə, Acarıstanda fevralın 1-dən qida obyektlərində, açıq məkanlarda qonaq qəbul etmək üçün icazə veriləcək. Toyların və hərhansı sosiyal tədbirlərin keçirilməsi üçün qadağan qüvvədə qalır.
  2. Digər regionlardaki restoranlar, qida obyektləri alıb-aparmaq servisi ilə adi rejimdə işləməyə davam edəcəklər.
  3. Uşaq baxçalarının fəaliyyətinin bərpası və həmçinin profesiyonal və ali təhsil müəssisələrində tələbələrin auditoriyaya qayıtması martin 1-dən planlaşdırılır.

Bununla yanaşı,

• Martın 1-nə qədər, ölkə miqyasında, saat 21:00-dan 05:00-a qədər hərəkət etmək üçün qadağan qüvvədə qalacaq.

• Artan mobilliyin kompensasiyası məqsədi ilə, fevral ayı müddətində şənbə-bazar günləri munisipal nəqliyyat işləməyəcək. Restoranlar, qida obyektləri, ticarət mərkəzləri və mağazalar sadəcə alıb-aparma servisi ilə işləyəcəklər; Aqrar bazarlar, ərzaq və heyvan qidası mağazaları, apteklər, müvafiq qaydaları qoruyaraq, adi rejimdə işləməyə davam edəcəklər.

• Bütün məhdudiyyətlər və onların arasında, xizək kurortları qadağanı qüvvədə qalır.

  • Bu mərhələdə şəhərlərarası nəqliyyat vasitələrinin fəaliyyəti də məhdudlaşdırılacaq.
  • Tibbi maskaların taxılmasına, müştəri axınına, növbələrin və sosiyal məsafənin qorunmasının idarə edilməsinə sərt nəzarət ediləcək.
  • Məhdudiyyətlərin yüngülləşdirilməsinə parallel olaraq, virusun yaylmasının prevensiyası məqsədi ilə, biznesin yeni öhdəliyi – personalın testləşdirilməsi olacaq.
  • Biznes və ekspertlərlə məsləhətləşmələr nəticəsində, hərhansı bir iqtisadi fəaliyyət üçün, epidemioloji vəziyyətdən irəli gələrək, icbari testləşdirmə protokolları hazırlandı – personalın minimal sayı və testlərin tez-tez keçirilməsi.
  • 30-dan artıq əməkdaşı olan bütün növ ticari obyektlər və həmçinin, bazarlar iki həftədə bir əməkdaşlarının 20 faizinin testləşdirilməsini təmin etməlidirlər.
  • Qida obyektlərində 2 həftədə bir əməkdaşların 50%-nin testləşdirilməsi məcburi olacaq;
    • İki həftədə bir müəllimlərin sistemli testləşdirilməsi keçiriləcək.
  • Bugündən etibarən, biznesin xüsusi portalda qeydiyyatdan keçmək imkanı olacaq, – www.labour.moh.gov.gevə intensiv testləşdirilmə çərçivəsində, martın 1-nə qədər, dövlət maliyyələşdirilməsi ilə, əməkdaşlara pulsuz testlər keçiriləcək.
  • Dövlət maliyyələşdirilməsi ilə simptomlu pasientlərin və sistem qrupunun proaktiv testləşdirilməsi davam edəcək və bu da, infeksiya hallarının tez zamanda aşkarlanması və effektiv idarəedilməsi üçün əl verişli şərait yaradacaq.