Fadi el Abdala - Rusiya və de-fakto iqtidarlar prokurorluqla əməkdaşlıq etmirlər, ancaq əgər bu bəzə yardımçı olacaqsa, oraya getməyə hazırıq
Fadi el Abdala - Rusiya və de-fakto iqtidarlar prokurorluqla əməkdaşlıq etmirlər, ancaq əgər bu bəzə yardımçı olacaqsa, oraya getməyə hazırıq

Rusiya və de-fakto iqtidarlar prokurorluqla əməkdaşlıq etmirlər, ancaq əgər bu bəzə yardımçı olacaqsa, Fatu Bensuda oraya getməyə hazırdır, – bu barədə bəyanatı Gürcüstanda Haaqa Məhkəməsinin nümayəndə heyyətinin nümayəndəsi Fadi el Abdala bugün keçirdiyi mətbuat konfransında verdi.

“Əgər tərəflər öz mövqelərini təqdim etsəydilər gerçəkdə nə baş verdiyini və kimin məsuliyyətli olduğunu öyrənmək daha asan olardı, ancaq Rusiya və de-fakto iqtidarlar bizimlə əməkdaşlıq etməkdən imtina edirlər” – dedi Fadi el Abdala.

Onun dediyinə görə, istintaq üçün digər yollar da mövcuddur və ikinci tərəfin istintaqa yaxın qoşulması o qədər də zəruri deyil.

“Belə ki, istintaq davam edir. Təəssüf ki, bu mərhələdə onun getişatı haqqında məlumat verə bilmirik, çünki istintaq konfidensialdır” – dedi Haaqa Məhkəməsinin nümayəndəsi.