"Eveks" - Tbilisi Beynəlxalq Aeroportundan zəhərlənmə əlamətləri ilə gətirilən pasientin hamısı bu gün evə buraxıldı
"Eveks" - Tbilisi Beynəlxalq Aeroportundan zəhərlənmə əlamətləri ilə gətirilən pasientin hamısı bu gün evə buraxıldı

Tbilisi Beynəlxalq Aeroportundan “Eveks” klinikasına zəhərlənmə əlamətləri ilə gətirilən pasientin hamısı bu gün evə buraxıldı, – bu barədə Birinci Kanala “Eveks”-in mətbuat xidmətindən bəyan etdilər.

“Klinikaya iyulun 2-də yeddi insan gətirdilər, bunlardan üçündə zəhərlənmə əlamətləri qeyd olunurdu. Geridə qalanları hadisə yerinə yaxın olduqlarına görə müainəyə gəldilər və heç bir əlamətləri yox idi. Pasientlərin hamısını evə buraxıldı”, – klinikada bəyan etdilər.

Zəhərlənmə əlamətləri ilə İnqoroğva klinikasına yerləşdirilən pasientə gəldikdə, o, xəstəxanada qalmaqdadır.

Dövlət Təhlükəsizlik Xidməti Tbilisi aeroportunda zərərli maddə tərkibli mayenin yerə tökməsinə görə Rusiya vətəndaşını yaxaladılar.

“Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, Rusiya Federasiyası vətəndaşı Dimitri B.-nı müttəhim qismində yaxaladılar.

İstintaq müəyyən etdi ki, Dimitri B. 2018-ci ilin iyulun 2-də, Tbilisi Beynəlxalq Aeroportunda uçuş salonunda yerləşən aviaşirkətlərin birinin kassası ofisində sağlamlıq üçün zərərli maddə tərkibli mayeni yerə tökdü”, – Dövlət Təhlükəsizlik Xidmətində bəyan edirlər. İstintaqı DTX aparır.