Estoniya və Rusiya prezidentləri Kremldəki görüş zamanı Gürcüstan haqqında da danışdılar
Estoniya və Rusiya prezidentləri Kremldəki görüş zamanı Gürcüstan haqqında da danışdılar

Estoniya və Rusiya prezidentləri Kremldəki görüş zamanı, Gürcüstan haqqında da danışdılar, – bu barədə bəyanatı Estoniya prezidenti Kersti Kaliuladi Rusiyanın “Kommersant” qəzeti ilə müsahibəsi zamanı verdi.

“Əlbəttə ki, Estoniya Avropa Şurasının üzvüdür və sansksiyaların Avropa mexanizmini və Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, – dedi Estoniya prezdenti.

Gürcüstanın “donmuş münaqişəsi” haqqında nələri müzakirə etdikləri ilə bağlı jurnalistin verdiyi suala isə, Estoniya prezidenti cavab verdi: “Məhz bunu müzakirə etdik və çıxış yolu haqqında danışdıq, ancaq təbii ki, bu məsələ ilə bağlı konsensunsa nail olacağımızı heç gözləmirdim də. Rusiya prezidentinə olan hörmətimə rəğmən, öz fikrimdə qaldım, eyni şəkildə, o da öz mövqeyini qorudu” – dedi Estoniya prezidenti.