Estoniya prezidenti - Putinin Gürcüstan və Ukraynaya qarşı mövqeyi dəyişməzdir, başqa bir şey gözləmidim
Estoniya prezidenti - Putinin Gürcüstan və Ukraynaya qarşı mövqeyi dəyişməzdir, başqa bir şey gözləmidim

Vladimir Putinin Gürcüstan və Ukraynaya qarşı mövqeyi dəyişməzdir. Bu bəyanatı Estoniya prezidenti Estoniya radiosu ilə müsahibəsində, Putin ilə görüşünün detalları barəsində səhbət edərkən verdi.

Kersti Kalülaydın dediyinə görə, o, heç gözləmirdi də ki, Putinlə görüşdən sonra Rusiyanın mövqeyi dəyişəcəkdi.

“Putin həmişə eşitdiklərimizi dedi. Sözsüz ki, heç gözləmirdim də ki, Putinlə görüşdən sonra Rusiyanın mövqeyi dəyişəcək”, – Kersti Kalülayd bəyan etdi.

Jurnalistin suallarına cavab verərkən, Estoniya prezidenti Gürcüstan və Ukraynanı bir neçə dəfə xatırlatdı.

Xatırladaq ki, Kersti Kalülayd keçən həftə Moskvada Vladimir Putin ilə görüşdü. Danışıqlar zamanı Estoniya prezidenti Gürcüstan və Ukrayna məsələsini irəli sürdü.

 

Şərh yaz