Ermənistanın Səhiyyə naziri -Bizim anti-epidemioloji sistemimiz Gürcüstanınkından daha güclüdür
Ermənistanın Səhiyyə naziri -Bizim anti-epidemioloji sistemimiz Gürcüstanınkından daha güclüdür

 

 

Ermənistanın Səhiyyə naziri, Arsen Torosian   Gürcüstanda koronavirusun  yayılmasının göstəricilərini  şübhə altına alıb. Nazirin bəyanatını  erməni mətbuatı yayır. Panorama am-ın  yazdığına görə, İctimai Şuranın onlayn iclasında Torosian, Ermənistan və Gürcüstanda təsdiqlənmiş koronavirus hallarının sayı arasındakı fərqdən danışıb.

″Bizim anti-epidemioloji sistemimiz Gürcüstanınkından daha güclüdür″-deyə nazir qeyd edib və əlavə edib ki, Ermənistan qonşu ölkələrdə güclü anti-epidemioloji  sistemlərin  olmasında maraqlıdır.

Ermənistanın  Səhiyyə Nazirliyinin rəhbəri Gürcüstan və Ermənistanın metodologiyalarındakı fərqdən də danışıb.

Torosian,   Gürcüstanda   sətəlcəmdən dünyasını dəyişənlərin,lakin eyni zamanda Covid 19 diaqnozu qoyulanların   statistikada olub-olmaması ilə də maraqlanıb.

Nazir qeyd edib ki, Gürcüstandan keçərək Ermənistana gəlmiş şəxslərin,o cümlədən sürücülərin  test olunaraq,   cavabların  müsbət olması hallarına rast gəlinir.

Ermənistanda son bir gündə yeni növ koronavirusa 322 yoluxma halı qeydə alınıb,4 nəfər isə dünyasını dəyişib.Cəmdə ölkədə virusdan 74 nəfər vəfat edib.Mayın 22-nə olan göstəricilərə əsasən,epidemiyanın  başlamasından sonra,Ermənistanda  artıq 5928 nəfərin Covid 19-a yoluxması müəyyən olunub. Bu vaxt üçün xəstəxanalarda 2952  nəfər müalicə olunur,2874 nəfər isə sağalıb.

Hazırladı-Sevinc Mustafayeva

Şərh yaz