Ermənistanda,son 24 saatda koronavirusa  239 yoluxma halı qeydə alınıb
Ermənistanda,son 24 saatda koronavirusa  239 yoluxma halı qeydə alınıb

 

 

Ermənistanda,son 24 saatda   239 nəfərin koronavirusa yoluxması təsdiqlənib.Müvafiq məlumatı erməni mətbuatı  Respublikanın Səhiyyə Nazirliyinin Xəstəliklərə  Nəzarət və Profilaktika Milli Mərkəzinə istinadən yayır.

Son 24 saatda Ermənistanda qurbanların sayı 3 nəfər artıb və hazırda 53-ü təşkil edir.

Ölkədə cəmdə 4 228 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Hazırda, yoluxmuş 2415 nəfər xəstəxanda müalicə olunur.1791 nəfər isə sağalıb.

 

Hazırladı-Sevinc Mustafayeva