Ermənistanda son bir gündə koronavirusun 65 yeni halı qeydə alındı
Ermənistanda son bir gündə koronavirusun 65 yeni halı qeydə alındı

Ermənistanda son bir gündə koronavirusun 65 yeni halı qeydə alındı.

Bu haqda məlumatı Erməni medyası Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklər Nəzarətinin və profilaktikasının milli mərkəzinə istinadən yayır.

Son bir gündə Ermənistanda virusdan 34 nəfər sağaldı.

Aprelin 29-da, Ermənistanda covid-19 tam olaraq, 1 932 nəfərdə təsdiqləndi.

Koronavirusdan Ermənistanda ümumilikdə 900 nəfər sağaldı.

30 pasiyent isə, həlak oldu.