Ermənistanda son 24 saatda koronavirusa 251 yeni yoluxma halı qeydə alınıb,7 nəfər dünyasını dəyişib
Ermənistanda son 24 saatda koronavirusa 251 yeni yoluxma halı qeydə alınıb,7 nəfər dünyasını dəyişib

 

 

Ermənistanda son 24 saat ərzində  koronavirusa 251 yeni yoluxma halı qeydə alınıb.7 nəfər isə dünyasını dəyişib.

Yerli mətbuat bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin göstəricilərinə istinadən yazır.

Ölkədə Covid 19-a cəmdə 8 927 yoluxma halı qeydə alınıb. 127 nəfər dünyasını dəyişib.3317 nəfər virusa yoluxub,5435 nəfər isə müalicəsini davam etdirir.

 

 

Hazırladı-Sevinc Mustafayeva