Ermənistanda son 24 saatda Covid 19-a  374 yeni yoluxma halı qeydə alınıb
Ermənistanda son 24 saatda Covid 19-a  374 yeni yoluxma halı qeydə alınıb

 

 

Ermənistanda son 24 saat ərzində Covid 19-a 374 yeni yoluxma halı qeydə alınıb və yoluxanların hazırda  ümumi göstəricisi 6 302-ni təşkil edir.Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayır.

Bununla yanaşı ,son 24 saat ərzində Ermənistanda dünyasını dəyişənlərin sayı 3 nəfər artıb və Covid 19-dan ölüm hallarının sayı 77-ə yüksəlib.

Ölkədə 2 936 nəfər sağalıb.

Yerli mətbuatın yaydığı məlumata  görə,Covid 19-a yoluxmuş 4 pasiyent  əlavə xəstəliklərin ağırlaşması nəticəsində  dünyasını dəyişib.Ermənistanda cəmdə 32 belə hal qeydə alınır.

Hazırladı-Sevinc Mustafayeva

Şərh yaz