Ermənistanda son 24 saat ərzində koronavirusun 90 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 90 yeni halı aşkar edildi

Ermənistanda koronavirusun 90 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan altı pasiyent vəfat etdi.

18 yanvar göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 164 676 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 998 insan vəfat edib, 153 064 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 7 885 pasiyent müalicəsini davam etdirir.