Ermənistanda son 24 saat ərzində koronavirusun 813 halı aşkar edildi, 26 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 813 halı aşkar edildi, 26 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 813 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 26 pasiyent vəfat etdi.

24 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 127 522 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 002 insan vəfat edib, 95 mindən artıq pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 26 069 pasiyent müalicəsini davam etdirir.