Ermənistanda son 24 saat ərzində koronavirusun 702 halı aşkar edildi, 23 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 702 halı aşkar edildi, 23 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 702 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 21 pasiyent vəfat etdi və virusdan 1 128 pasiyent müalicə olunaraq sağaldı.

24 dekabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 156 142 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 714 insan vəfat edib, 136 766 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 15 999 pasiyent müalicəsini davam etdirir.