Ermənistanda son 24 saat ərzində koronavirusun 582 halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 582 halı aşkar edildi

Ermənistanda koronavirusun 582 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 10 pasiyent vəfat etdi və virusdan 902 pasiyent müalicə olunaraq sağaldı.

Son 24 saat ərzində Ermənistanda 2 483 test edildi.

30 dekabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 158 878 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 807 insan vəfat edib, 141 844 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 13 548 pasiyent müalicəsini davam etdirir.