Ermənistanda son 24 saat ərzində koronavirusun 501  yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 501 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 501   yeni halı aşkar edildi, 398 pasiyent  sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 15  pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 245 765  halı qeydə alınıb.

Virus nəticəsində ölkədə  4 939  insan vəfat edib, 29 957   pasiyent   sağalıb.