Ermənistanda son 24 saat ərzində koronavirusun 485 halı aşkar edildi, 24 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 485 halı aşkar edildi, 24 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 485 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 24 pasiyent vəfat etdi, 1 009 insan müalicə olunaraq sağaldı.

23 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 126 709 halı qeydə alınıb. Virus nəticəsində ölkədə 1 976 insan vəfat edib, 95 099 pasiyent müalicə olunaraq sağalıb.