Ermənistanda son 24 saat ərzində koronavirusun 425 halı qeydə alındı, on insan vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 425 halı qeydə alındı, on insan vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 425 halı qeydə alındı. Müvafiq göstəriciləri Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi yayır.

Elə onların məlumatına görə, virusa yoluxan on insan vəfat etdi.

16 iyun göstəriciləri ilə, Ermənistanda “COVID-19”-un cəmi 17 489 halı aşkar edilib.

Vəfat edənlərin sayı 389-u təşkil edir.