Ermənistanda son 24 saat ərzində koronavirusun 337 halı aşkar edildi, yeddi pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 337 halı aşkar edildi, yeddi pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 337 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi.

10 yanvar göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 162 131 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 929 insan vəfat edib, 149 312 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş on minə qədər pasiyent müalicəsini davam etdirir.