Ermənistanda son 24 saat ərzində koronavirusun 324 halı aşkar edildi, 14 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 324 halı aşkar edildi, 14 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 324 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 14 pasiyent vəfat etdi və virusdan 928 pasiyent müalicə olunaraq sağaldı.

5 yanvar göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 160 220 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 878 insan vəfat edib, 145 759 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 215 pasiyent müalicəsini davam etdirir.

Son bir gün ərzində Ermənistanda koronavirus üzrə 1 601 test edildi.