Ermənistanda son 24 saat ərzində koronavirusun 236 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 236 yeni halı aşkar edildi

Ermənistanda koronavirusun 236 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi.

19 yanvar göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 164 912 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 007 insan vəfat edib, 153 500 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 7 671 pasiyent müalicəsini davam etdirir.