Ermənistanda son 24 saat ərzində koronavirusun 127 yeni halı aşkar edildi, doqquz pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 127 yeni halı aşkar edildi, doqquz pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 127 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi.

24 yanvar göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 166 036 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 700-dən artıq insan vəfat edib, 154 708 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 7 538 pasiyent müalicəsini davam etdirir.