Ermənistanda son 24 saat ərzində koronavirusun 115 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 115 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 115 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.

Epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 47 667 halı qeydə alındı. Buradan 42 676 pasiyent artıq sağalıb. Virus nəticəsində ölkədə 1 226 insan vəfat edib.