Ermənistanda son 24 saat ərzində koronavirusun 1 174 halı aşkar edildi, 21 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 1 174 halı aşkar edildi, 21 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 1 174 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 21 pasiyent vəfat etdi.

29 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 134 768 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 142 insan vəfat edib, 107 364 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 26 mindən artıq pasiyent müalicəsini davam etdirir.

Şərh yaz