Ermənistanda son 24 saat ərzində 675 koronavirusa yoluxma faktı aşkarlanıb
Ermənistanda son 24 saat ərzində 675 koronavirusa yoluxma faktı aşkarlanıb

Ermənistanda son 24 saat ərzində 675 koronavirusa yoluxma faktı aşkarlanıb, 1539 xəstə sağalıb. Eyni zamanda, son sutka ərzində ölkədə Covid-19-dan 40 xəstə dünyasını dəyişib, daha 19 xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ötən gecə Ermənistanda 7745 koronavirus testi aparılıb.

Noyabrın 26-na pandemiya başlayandan ölkədə 337 005 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 312 617 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7459 nəfər koronavirusdan vəfat edib. 1431 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.