Ermənistanda koronavirusun ilk halı qeydə alındı
Ermənistanda koronavirusun ilk halı qeydə alındı

Ermənistanda koronavirusun ilk halı aşkar edildi. Bu barədə ölkənin baş naziri, Nikol Paşinyan “feysbuk” səhifəsində yazır.

Paşinyan qeyd edir ki, virusa yoluxan 29 yaşlı kişidir. O, fevralın 28-də həyat yoldaşı ilə birlikdə İrandan qayıtdı. Kişi xəstəxanaya özü müraciət etdi. Ermənistan baş nazirinin dediyinə görə, virusa yoluxan özünü yaxşı hiss edir. Bununla yanaşı elə Paşinyanın dediyinə görə, onun həyat yoldaşında koronavirus aşkar olunmadı.

Nikol Paşinyan bəyan edir ki, ölkədə Dünya Səhiyyə Təşkilatı tərəfindən verilən zəmanətlər ilə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcək.