Ermənistanda koronavirusun 89 yeni halı aşkar edildi, on pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 89 yeni halı aşkar edildi, on pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 89 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan on pasiyent vəfat etdi.

Səkkiz fevral göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 168 177 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 123 insan vəfat edib, 159 876  pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 395 pasiyent müalicəsini davam etdirir.