Ermənistanda koronavirusun 795 yeni halı aşkar edildi, 257 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda koronavirusun 795 yeni halı aşkar edildi, 257 pasiyent müalicə olunaraq sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 795 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 257 pasiyent müalicə olunaraq sağaldı, on pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 178 799 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 089  insan vəfat edib, 165 975 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 7 835 pasiyent müalicəsini davam etdirir.