Ermənistanda koronavirusun 764 yeni halı aşkar edildi, 19 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 764 yeni halı aşkar edildi, 19 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 764 yeni halı aşkar edildi, 506 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 19 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 251 323 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 5 075 insan vəfat edib, 234 416 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 10 649 pasiyent müalicəsini davam etdirir.