Ermənistanda koronavirusun 750 yeni halı aşkar edildi, 513 pasiyent sağaldı
Ermənistanda koronavirusun 750 yeni halı aşkar edildi, 513 pasiyent sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 750 yeni halı aşkar edildi, 513 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 21 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 191 491 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 497 insan vəfat edib, 172 609 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 14 499 pasiyent müalicəsini davam etdirir.