Ermənistanda koronavirusun 731 yeni halı aşkar edildi, 16 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 731 yeni halı aşkar edildi, 16 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 731 yeni halı aşkar edildi, 216 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 16 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 248 397 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 995 insan vəfat edib, 232 041 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 10 188 pasiyent müalicəsini davam etdirir.