Ermənistanda koronavirusun 73 yeni halı qeydə alındı, yeddi insan vəfat etdi
Ermənistanda koronavirusun 73 yeni halı qeydə alındı, yeddi insan vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 73 yeni halı qeydə alındı.

Məlumatı yerli media Ermənistan Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinə istinad edərək yayır.

Son bir gün ərzində Ermənistanda koronavirusdan yeddi pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər ölkədə koronavirusun 37 390 təsdiq olunmuş halı qeydə alınıb, 26 665 pasiyent müalicə olunaraq sağalıb, 711 pasiyent vəfat edib.