Ermənistanda koronavirusun 636 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 636 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 636  yeni halı aşkar edildi, 433 pasiyent  sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 19  pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 243 386  halı qeydə alınıb.

Virus nəticəsində ölkədə  4 876 insan vəfat edib, 227 726  pasiyent   sağalıb.