Ermənistanda koronavirusun 585 yeni halı aşkar edildi, 14 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 585 yeni halı aşkar edildi, 14 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 585 yeni halı aşkar edildi, 212 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 14 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 179 287 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 116 insan vəfat edib, 166 702 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 8 469 pasiyent müalicəsini davam etdirir.