Ermənistanda koronavirusun 452 yeni halı aşkar edildi, 25 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 452 yeni halı aşkar edildi, 25 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 452 yeni halı aşkar edildi, 1 594 müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 25 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 334 075 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 7 278 insan vəfat edib, 305 611 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 19 781 pasiyent müalicəsini davam etdirir.