Ermənistanda koronavirusun 424 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 424 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 424 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır. Ölkədə son bir gün ərzində koronavirusdan 12 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 190 741 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3476 insan vəfat edib, 172 096 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 14 287 pasiyent müalicəsini davam etdirir.